Azərbaycan Televiziyası AzTV-nin çəkiliş qrupu vahiməli və sıldrım qayalıqlı yollardan keçərək, Qubanın Qrız kəndində olmuşdur.
Qrız kəndi Ağ dağın ətəyində, dəniz səviyyəsindən 2000 metrdən yuxarıda, Qudyalçayın sahilində yerləşir. Qrızlılar qədim adət-ənənələrini, inanclarını, ən əsası isə dillərini qoruyub saxlayırlar.
Tarixən qrızlıların həyatı əkin-biçinlə və heyvandarlıqla bağlı olub. Dədə-babadan qışlaq-yaylaq həyatı yaşayıblar. Qrızda atsız keçinmək mümkün deyil, çünki sərt dağ cığırlarının öhtəsindən yalnız at gələ bilər.
Dilimizdə məşhur bir deüyim var ki, “At insanın dostudur, atı olanın ayağı darda qalmaz”.
Bu həqiqət Qrızda daha aydın dərk olunur.
AzTV-nin çəkiliş qrupuna Qrız xalqının minnətdarlığını bidiririk.