Azərbaycanın ərazisində ən yüksək dağlıq, mənzərəli və eyni zamanda ən qədim kəndlərdən biri olan Qrız kəndi, bir çox cəhətdən digər kəndlərdən fərqlənir.
Tufan dağı, Ağ dağ, Baltaqaya kimi dağların əhatəsində, sıldırım qayalıqların üzərində salınmışdır və qayaların üstünə qonmuş qartala da bənzəyir.
Keçilməz və çox təhlükəli, hətta atla çətin keçilən dolama dağ yolları olan Qrız kəndinə doğru uzanan daşlı-kəsəkli aşırımlardan birinə xalq arasında «Mıxtökən» adının verilməsi də təsadüfi deyildir. Yerli əhalinin söylədiyinə görə, bu yolların daş-kəsəyi atların nalını belə qoparırmış.
Qrız əhalisi arasında kəndin düşməndən qorunmaq üçün istehkam məqsədilə salınması haqqında rəvayətlər mövcuddur. Qrız kəndinin yerləşdiyi coğrafi ərazi və kənddəki qədim qala və qala divarlarının qalıqları bu fikri təsdiqləyir.
Tarixin və əsrlərin şahidi olan möhtəşəm qaya mənzərələrindən doymaq qeyri mümkündür. Təqdim etdiyimiz foto qalereyada Qrızın sıldırım qayalarının kiçik bir hissəsindən bəhs olunur. Bizə göndərilən bu şəkillər, Qurbanovların qədim ata-baba yurdları – Qrız kəndini ziyarət edərkən lentə alınıb.
Mıxtökən toponiminin izahı çox maraqlı oldu.çox sağ olun.
Mənim üçün də maraqlı oldu. Təşəkkürlər!
Siz də çox sağ olun ki, saytın aktiv oxucususunuz.