Süleyman bəy (Süleyman bəy Qrızlı) çar ordusunda hərbçi kimi xidmət etmişdir. 25 illik hərbi xidmətinə görə bəy titulunu almışdır. Bəy – türk zadəgan titulu olub Yaxın Şərq və Orta Asiyanın bəzi xalqlarında imtiyazlı əhali kateqoriyasına adıdır. Süleyman bəy Rusiya-Türkiyə müharibələrində iştirak etmişdir.
Süleyman bəy Qrızlı Georgiyevsk Xaçına layiq görülmüşdür. Hərbi ordenin fərqlənmə nişanı – Georgievsky Xaçı Hərbi xidmətlərə, düşmənə qarşı göstərilən İgidliyə görə əsgər və unter-zabitlər üçün ən yüksək mükafat idi.
Xidmətdən sonra ağsaqqal kimi Qrız kəndinin idarəolunmasında iştirak etmişdir. Doğma kəndində dəfn olunub.
Süleyman bəyin oğlu Sadıq bəy də hərbçi idi. Hərbi təhsilini Sankt-Peterburqda alıb. 1920—ci ildə Quba-Xaçmaz yolunun yaxınlığında bolşeviklər tərəfindən qətlə yetirilmişdir.