Qrız kəndi Ağ dağın ətəyində, dağlıq ərazidə yeləşən qədim yaşayış məskənidir. Bu uçqar dağ kəndi hər tərəfdən dağ silsiləsi və sərt qayalarla əhatə olunmuşdur.
Zirvəsi daim buludların içində görünməz olan bu qayalar və Qudyalçayın kanyonu ona xüsusi əzəmətli mənzərə yaradır.
Coğrafi mövqe və təbii şəraitin yaratdığı çətinliklərə baxmayaraq kəndin strateji əhəmiyyəti tarixən böyük olmuşdur.
Hətta, kəndin keçilməz qayalıqlarla əhatələnməsi təbii müdafiə rolunu oynadığından, Quba xanı Şeyxəli xan bu kəndi özünə iqamətgah kimi seçmişdir.
Əsrlərin şahidi olan bu yüksəkliklər, həmçinin əcdadlarımızın yaşadığı tarixi əks etdirir. Qışı qarlı-şaxtalı, yaz-yayı isə yaşıllıqlara bürünən Qrız kəndi təmiz havası və möcüzəli təbiəti ilə seçilir.
Təqdim etdiyimiz bu videogörüntülərdə Qrız kəndini əhatə edən o gözəllikləri sizinlə bölüşməyə çalışmışıq.
Möhtəşəmdir!!! Bənzəri yox yurdumuzun.
Doğma diyar. Möhtəşəmdir
Vətənimizin hər qarışı Cənnətdir