İsrafil Ə. Hümmətov (Israfil Qrızlı)

Israfil Qrızlıİsrafil Əbülfəz oğlu Hümmətov (Israfil Qrızlı) 1951-ci ildə Quba rayonunun Qrız kəndində anadan olmuşdur.

1979-cu ildə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun tarix fakültəsini bitirmişdir. Israfil Qrızlının təhsilin inkişafı, gənc nəslin savadlı və vətənpərvər ruhda tərbiyə böyüməsində böyük rolu olmuşdur.

1983-cü ildən 2003-cü ilədək Xaçmaz rayonunun Xaspoladoba kənd orta məktəbinin direktoru, 2003 – 2006-cı illərdə Xaçmaz şəhər 1 saylı orta məktəbin direktoru vəzifələrində çalışıb.

Daha ətraflı

Ənvər Xudat

Энвер ХудатAzərbaycanda həmişə hərbçilərə böyük sevgi, qayğı ilə yanaşılır. Bizim də qrızlı hərbçi axtarışlarımız uzun çəkmədi. Tanış olun, ehtiyatda olan polkovnik-leytenant Ənvər Xudat.

Ənvər müəllim 1961-ci ildə Azərbaycanın Xudat şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra S.Orconikidze adına Moskva Aviasiya İnstitutuna daxil olmuşdur.

İnstitutu fərqlənmə diplomu ilə aviasiya konstruktoru kimi bitirdikdən sonra Sovet ordusu sıralarında xidmət etmişdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra vətənə qayıtmış və milli ordu sıralarında vətənə xidmət etmişdir.

Daha ətraflı

Süleyman bəy Qrızlı

Сулейман бекSüleyman bəy (Süleyman bəy Qrızlı) çar ordusunda hərbçi kimi xidmət etmişdir. 25 illik hərbi xidmətinə görə bəy titulunu almışdır. Bəy – türk zadəgan titulu olub Yaxın Şərq və Orta Asiyanın bəzi xalqlarında imtiyazlı əhali kateqoriyasına adıdır. Süleyman bəy Rusiya-Türkiyə müharibələrində iştirak etmişdir.

Süleyman bəy Qrızlı Georgiyevsk Xaçına layiq görülmüşdür.

Daha ətraflı