Qrızca-azərbaycanca-ingiliscə lüğət

Qrızca-azərbaycanca-ingiliscə lüğət Başlıq: Qrızca-azərbaycanca-ingiliscə lüğət
Müəllif: İsrafil Ə. Hümmətov (Qrızlı), Monika Rind-Pawlowski
Buraxılış ili: 2020
Səhifələr: 344
Format: pdf
Ölçü: 117 Mb
Dil: Qrız / İngilis / Azərbaycan dili

Qrız dili yox olmaq təhlükəsi altında olan bir dildir. Bu səbəbdən qrız lüğətinin təcili surətdə, dil daşıyıcılarının sonuncu nəsli hal-hazırda həyatda olarkən tərtib olunması zəruri idi.
Bu lüğət həm qrız icmasına öz dillərini dirçəltmək məqsədində köməklik göstərə bilər, həm də bu lüğətdən Qafqaz dilləri üzrə tədqiqat aparan dilçilər də yararlana bilər.
Kitab iki hissədən ibarətdir. Birinci hissədə dilin fonologiyası və morfologiyasına dair məlumat verilir. Onun tərkibində qrız dili üçün tərtib olunmuş xüsusi əlifba və morfologiyanın əsas komponentlərindən olan isimlərin hallanması və feillərin zamanları haqda faktlar təqdim edilmişdir. İkinci hissəni isə lüğətin özü təşkil edir. Söz vahidlərinin Azərbaycan və ingilis dillərinə tərcüməsindən başqa lüğətin hər maddəsində ən vacib qrammatik məlumat və praktik nümunələr də göstərilmişdir.
Lüğət geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.

Hörmətli oxucular, kitabın kağız variantını kitabın müəllifindən almaq olar. Kitabı əldə etmək istəyən varsa, bizim elektron poçtumuza müraciət etsin. Sizə İsrafil Müəllimlə əlaqə yaratmağa kömək edərik.

«Qrızca-azərbaycanca-ingiliscə lüğət» kitabınının elektron versiyasını köçür.

Bir şərh yazın