Xərək çörəyi

Sizə, istedadlı videobloger Tural Mahmudovun Qrız kəndində lentə aldığı «Xərək çörəyi» adlı filmini təqdim edirik. Azərbaycanda çörək bolluq və bərəkət rəmzi sayılır. Bişirilən müxtəlif növ, məsələn, yuxa, fətir, lavaş, yayma, fəsəli, kətə, təndir çörəyi kimi çorəklərlə yanaşı, xərək çörəyi də öz ləzzəti ilə seçilir.

Xərək – kəndlərdə çörək bişirmək üçün torpaqdan hörülmüş ocaqdır. Xərək çörəyinin özünəməxsus ətri var. Xərəkdə bişirilmiş isti çörəyin qoyun pendiri ilə olan dadı müqayisə olunmazdır. Xərək çörəyini bir neçə gün saxlamaq mümkündür. Bu çörək çox ləzzətlidir.

Bir şərh yazın