İsrafil Ə. Hümmətov (Israfil Qrızlı)

Israfil Qrızlıİsrafil Əbülfəz oğlu Hümmətov (Israfil Qrızlı) 1951-ci ildə Quba rayonunun Qrız kəndində anadan olmuşdur.

1979-cu ildə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun tarix fakültəsini bitirmişdir. Israfil Qrızlının təhsilin inkişafı, gənc nəslin savadlı və vətənpərvər ruhda tərbiyə böyüməsində böyük rolu olmuşdur.

1983-cü ildən 2003-cü ilədək Xaçmaz rayonunun Xaspoladoba kənd orta məktəbinin direktoru, 2003 – 2006-cı illərdə Xaçmaz şəhər 1 saylı orta məktəbin direktoru vəzifələrində çalışıb.

2006 – 2017-ci illərdə Xaçmaz şəhər 2 saylı orta məktəbdə tarix müəllimi işləyib.
Qrız dilinin daşıyıcısı kimi apardığı tədqiqatlar, latın qrafikalı Azərbaycan əlifbası əsasında 46 səsdən ibarət qrız əlifbasının tərtib edilməsi böyük nailiyyətdir. Həmin əlifba əsasında qrız dilinin birinci lüğəti olan “Qrızca- azərbaycanca-ingiliscə lüğət” Israfil müəllimin ilk elmi əsəridir.

Qrız dilinin yox olmaq təhlükəsi altında olduğunu nəzərə alsaq, qrız əlifbası və qrız lüğətinin tərtib olunması zəruri idi. Israfil Qrızlının, Almaniyalı alim Monika Rind – Pavlovskinin yaxından köməkliyi ilə ərsəyə gətirdiyi bu kitab Qrız xalqına böyük töhvədir.

Təqaüdə çıxdıqdan sonra da, Israfil Qrızlı elmi – ədəbi yaradıcılıqla məşğuldur. Ona can sağlığı və yaradıcılığında uğurlar arzulayırıq.

Bir şərh yazın