Qrız kəndi Ağ dağın ətəyində, Qudyalçay çayının sahilində yerləşir. Bu ucqar dağ kəndinin ətrafında bir necə şəlalə, bulaq və mağara var.
Qrızın gözəlliyi həmişə turist axını ilə müşayət olunur. Gəzməli-görməli yerlərindən sayılan Qrız kəndinə gələn turistlərin sayı son illər xeyli artıb. Xüsusilə əsrarəngiz dağlıq və təbiət mənzərələrini seyr etməyi sevən ekoturizm həvəskarları bura səyahət edir.
Turistlər kənddən 2-3 kilometr məsafədə yerləşən Gur-Gur şəlaləsinə ekskursiya etməyi daha çox xoşlayırlar. Həm yay, həm də qış aylarında bu şəlalələrə baxmaq üçün yüzlərlə turist səyahət edir. Gur-Gur şəlaləsi mağarada yerləşdiyindən daha cəlbedici görünür.
Turistlər Qrız kəndinə kimi avtomobillə, kənddən şəlaləyə kimi olan məsafəni isə piyada gedirlər.
Vüqar Qurbanovun lentə aldığı bu qısa süjetdə Gur-Gur şəlaləsinin gözəlliyini görmək olar.
Entiğa, lezetti!