Ənvər Xudat

Энвер ХудатAzərbaycanda həmişə hərbçilərə böyük sevgi, qayğı ilə yanaşılır. Bizim də qrızlı hərbçi axtarışlarımız uzun çəkmədi. Tanış olun, ehtiyatda olan polkovnik-leytenant Ənvər Xudat.

Ənvər müəllim 1961-ci ildə Azərbaycanın Xudat şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra S.Orconikidze adına Moskva Aviasiya İnstitutuna daxil olmuşdur.

İnstitutu fərqlənmə diplomu ilə aviasiya konstruktoru kimi bitirdikdən sonra Sovet ordusu sıralarında xidmət etmişdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra vətənə qayıtmış və milli ordu sıralarında vətənə xidmət etmişdir.

Hərbi hissə komandiri, Ali Hərbi Təyyarəçilik Məktəbində müəllim və başqa vəzifələrdə hərbi xidmət keçmişdir.

Azərbaycan dilində buraxılmış milli dərs vəsaiti olan “Təyyarə konstruksiyası” kitabının müəllifidir. Vətən qarşısında layiqli xidmətlərinə görə 10-dan çox medalla təltif olunmuşdur.

Ənvər müəllimin Vətənə, elə-obaya sevgisi onun şeirlərində də öz əksini tapmışdır. Sizə onun şeirlərinin az bir hissəsini təqdim edirik.


Ata yurdu

Bu il nə qış oldu, nə də ki, bahar,
Deyəsən il-ildən təbiət çaşır,
Duyulmur şəhərdə yazın gəlməyi,
Burda ağaclar da gec yaşıllaşır.

Çoxdan baş çəkmirəm ata yurduna,
Xatirəm var şirin, bəzisi acı,
Yəqin bülbül gəlib, oxuyur yenə,
Yəqin çiçək açıb alça ağacı.

Atalı-analı xoşbəxtlik payım
Bu yurdda – uşaqlıq ölkəsindədir.
Bəlkə də dünyanın ən dadlı çayı
Elə o alçanın kölgəsindədir.

Bu il, elə bil ki, ömürdən deyil,
Bəlkə incik düşüb o döğma ocaq?
Bəlkə bahar gəlməz ömrümə daha,
Hər il başdan-başa payız olacaq?

Bir gün gedəcəyəm mən o torpağa,
Bəlkə uşaqlığa qayıda bildim.
Bəlkə qaytararam ümidlərimi,
Könlümdə bir bahar oyada bildim?!

Mart, 2019. Ənvər Xudat


Qəlbimə dəyməyin

Məni incitməyin qohumlar, dostlar,
Mən kövrək budağam, sına bilərəm.
Sevgimin yolunda fəda olaram,
Alışıb, od tutub yana bilərəm.

Məndən inciməyin qohumlar, dostlar, –
Bəlkə sərt demişəm hansısa sözü,
Bəlkə qəlbinizə dəymişəm, ya da
acıdır həyatın həqiqət üzü.

Mənim qəlbim safdır axar su kumi,
Yetim bir uşağın arzusu kimi.
Sizə gözəl həyat arzulayıram
Uşaqlıq dövrünün kinosu kimi.

Fevral, 2020. Ənvər Xudat

2 thoughts on “Ənvər Xudat”

  1. Salam. Ənvər Mm Qurbanov vətənpərvər, ədalətli, zəhmətkeş bir Bəydir. Öz biliyi, istedadı, zəhməti hesabına Moskva şəhərinin ən nüfuzlu institutunu bitirib, Polkovnik rütbəsinə qədər yüksəlmişdir. Ona can sağlığı, Azərbaycan naminə çalışmalarında uğurlar arzulayıram. Var ol, Ənvər bəy

    Cavabla
  2. Salam, Elman müəllim! Yazdığınız gözəl sözlər, Ənvər müəllimi tanıdığım bir insan kimi deyə bilərəm ki, onun gözəl insan olması haqqında deyilə biləcək fikrin az bir hissəsidir. Allahdan ona can sağlığı və uzun ömür arzulayırıq!

    Cavabla

Bir şərh yazın