Qrız kəndi Ağ dağın ətəyində, dağlıq ərazidə yeləşən qədim yaşayış məskənidir. Bu uçqar dağ kəndi hər tərəfdən dağ silsiləsi və sərt qayalarla əhatə olunmuşdur.
Qrız mətbəxi
Qrızlıların etnik xüsusiyyətləri onların mətbəxində nisbətən yaxşı qorunub saxlanılmışdır ki, bu ənənəvi təsərrüfatçılıqla əsaslandırılır.
Qrız kəndinin donmuş Gur-Gur şəlaləsi
Quba rayonunun Qrız kəndi ərazisində yerləşən Gur-gur şəlaləsi ilin hər fəslində heyrətamiz görüntüsü ilə seçilir. Dəniz səviyyəsindən 2 min metrdən yüksəklikdə yerləşən Qrız kəndi Azərbaycanda ən şaxtalı və
İsrafil Ə. Hümmətov (Israfil Qrızlı)
İsrafil Əbülfəz oğlu Hümmətov (Israfil Qrızlı) 1951-ci ildə Quba rayonunun Qrız kəndində anadan olmuşdur.
1979-cu ildə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun tarix fakültəsini bitirmişdir. Israfil Qrızlının təhsilin inkişafı, gənc nəslin savadlı və vətənpərvər ruhda tərbiyə böyüməsində böyük rolu olmuşdur.
1983-cü ildən 2003-cü ilədək Xaçmaz rayonunun Xaspoladoba kənd orta məktəbinin direktoru, 2003 – 2006-cı illərdə Xaçmaz şəhər 1 saylı orta məktəbin direktoru vəzifələrində çalışıb.
Qrızca-azərbaycanca-ingiliscə lüğət
Başlıq: Qrızca-azərbaycanca-ingiliscə lüğət
Müəllif: İsrafil Ə. Hümmətov (Qrızlı), Monika Rind-Pawlowski
Buraxılış ili: 2020
Səhifələr: 344
Format: pdf
Ölçü: 117 Mb
Dil: Qrız / İngilis / Azərbaycan dili
Qrız dili yox olmaq təhlükəsi altında olan bir dildir. Bu səbəbdən qrız lüğətinin təcili surətdə, dil daşıyıcılarının sonuncu nəsli hal-hazırda həyatda olarkən tərtib olunması zəruri idi.